Bundesliqa 2-də 6-cı turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Nürnberq" "Herta"nı (Berlin) qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. Millimizin üzvü 39-cu dəqiqə meydana daxil olub. Vinger Benjamin Qolleri əvəz edib. Mahir görüşün 90+5-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Maraq üçün bildirək ki, bu, millimizin üzvünün Almaniya klubunda ilk oyunu idi.