Bu gün Azərbaycanın futbol üzrə U-17 və U-19 milli komandaları növbəti yoldaşlıq görüşlərini keçirəcəklər.

Offsideplus.az xəbər verir ki, Mursiyada təlim-məşq toplanışında olan U-19 millimizin rəqibi Uelsdən olan həmyaşıdları olacaq.

Türkiyədə hazırlıq keçən U-17 yığmamız isə meydan sahibləri ilə qarşılaşacaqlar.

Yoldaşlıq görüşləri
9 sentyabr
13:00. Azərbaycan (U-19) – Uels (U-19)

Pinatar Arena (Murcia)

17:00. Türkiyə (U-17) - Azərbaycan (U-17)
Darıca Kapalı Spor Salonu (Kocaeli)

Qeyd edək ki, bu U-19 millimizin İspaniyada 3-cü yoldaşlıq görüşü olacaq. Bundan əvvəl onlar Şotlandiyaya 0:2, Niderlanda isə 0:3 hesabı ilə uduzublar.