Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveçlə oyundan sonra mətbuat konfransında penalti zərbələrini Emin Mahmudova tapşırdığını bildirib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçuların (Ramil Şeydayev, Emin Mahmudov) tapşırığa əməl etməməsi ilə bağlı cəzalandırılıb-cəzalandırılmayacağını açıqlayıb:
"Bu, komanda daxili məsələdir. Sabah bununla bağlı müzakirə aparacağıq".
Qeyd edək ki, birinci hissənin sonlarında İsveç millisinin qapısına təyin olunmuş penalti zərbəsini Emin Mahmudov vurmalı olsa da, Ramil Şeydayev ondan topu alıb və zərbəni dəqiq yerinə yetirə bilməyib.