Azərbaycan milli komandasının sentyabrın 5-də İsveç yığması ilə Bakıda keçirəcəyi Milətlər Liqasının I tur oyununun hakim təyinatları açıqlanıb.
Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək:
5 sentyabr
Azərbaycan - İsveç
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Balazş Berke
Baş hakimin köməkçiləri: Vencel Töz, Balazş Şzert
Dördüncü hakim: Csaba Pinter