Mahir Emreli karyerasını İranda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, millimizin üzvü ilə "Traxtor" yaxından maraqlanır. Bu məlumatı İranın "Total Futball" kanalı yayıb. İnformasiyada Təbriz klubunun rəsmilərinin futbolçu ilə danışıqlar apardığı bildirilib.
Qeyd edək ki, "Traxtor" 2023/24 mövsümünü İran Liqasında 4-cü pillədə başa vurub.