"Liverpul"un sabiq çalışdırıcısı Yurgen Klopp İngiltərə yığmasına rəhbərlik etməkdən imtina edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Germany" məlumat yayıb.
Xatırladaq ki, AÇ-2024-ün final matçında İspaniyaya (1:2) məğlubiyyətdən sonra Qaret Sautqeyt vəzifəsindən istefa verib.
Bundan əvvəl isə Yurgen Klopp ABŞ-nin baş məşqçi postuna dəvət edilsə də, qəbul etməyib.
Mövsümün sonunda "Liverpul"dan ayrılan mütəxəssis yerli mətbuata açıqlamasında bir müddət istirahət edəcəyini deyib.