Mahir Emrelinin karyerasını "Nürnberq"lə davam etdirəcəyini diqqətinizə çatdırmışdıq.

Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Joti Hatsialeksiu "Bild" nəşrinə açıqlamasında millimizin üzvü ilə danışıqlar apardıqlarını təsdiqləyib:

"Mahir axtarışda olduğumuz mövqe üçün mentalitetə sahib futbolçudur. O, yaxşı qol vurma qabiliyyətinə malikdir və topla çox yaxşı rəftar edir. Onunla söhbətlərdən müsbət şeylər əldə etdik”.