Mahir Emrelinin yeni komandası bəlli olub.
Offsideplus.az xəbər verir ki, millimizin üzvü karyerasını Almaniyada davam etdirəcək.
27 yaşlı futbolçu "Nürnberq"lə razılaşıb. Məlumatı Almaniya mətbuatı yayıb. Futbolçunun sazişində maraqlı şərt var. Forvard Bundesliqa-2 təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Lakin komanda əsas çempionatına vəsiqə qazansa, Mahir daha 1 mövsüm Almaniyada qalacaq. Bu, baş verməsə, futbolçumuz azad agent olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü son olaraq "Dinamo"da (Zaqreb) çıxış edib.