İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt postundan ayrıla bilər.
Offsideplus.az "The Telegraph”a istinadən xəbər verir ki, buna səbəb onun Avropa Çempionatının finalında məğlub olmasıdır.
Belə ki, mütəxəssis ardıcıl 2 qitə turnirinin finalında qalib gələ bilməyən ilk məşqçidir.
Yerli federasiya onu istefaya göndərməyəcək, lakin çalışdırıcı gələcəyi haqda özü qərar verəcək.
Mənbənin qeyd etdiyinə görə, onun yerinə artıq namizədlər də bəllidir. Belə ki, məşqçi postundan ayrılacağı halda, onu Tomas Tuxel, Maurisio Poçettino, Qrem Potter və Eddi Hou kimi şəxslərlərdən biri əvəz edə bilər.
Xatırladaq ki, ingilislər qitə turnirinin finalında İspaniyaya (1:2) məğlub olublar.