"Bavarriya"nın üzvü Tomas Müller Almaniya millisindəki karyerasını başa vurur.
Offsideplus.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Qeyd olunub ki, futbolçu AÇ-2024-ün 1/4 finalındakı məğlubiyyətdən sonra bu qərarı verib.
Hücumçu 2010-cu ilin martında yığmada debüt edib. O, 131 oyunda 45 qol vurub və 2014-cü ildə almanlarla dünya çempionu olub.
Adıçəkilən ölkə Avropa Çempionatının 1/4 finalında İspaniya ilə bacara bilməmişdi. Komanda əlavə vaxtda prineylilərə 1;2 hesabı ilə məğlub olmuşdi