"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisini çalışdıra bilər.
Offsideplus.az “Todofichajes" nəşrinə istinadən xəbər verir ki, yaxın vaxtlarda komandanın hazırki baş məşqçisi Didye Deşamın postundan ayrılmaq ehtimalı var.
52 yaşlı mütəxəssis 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra işsizdir. Onun rəhbərliyi altında “kral klubu” klubu üç dəfə Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, Fransa Avropa Çempionatının yarımfinalında İspaniyaya 1:2 hesabı ilə məğlub olub.