Bu gün Avropa Çempionatında yarımfinal mərhələsinə start veriləcək. İlk oyun günü Fransa İspaniya ilə qarşılaşacaq. Münhendə baş tutacaq oyun 23:00-da start götürəcək.

Millinin və "Qarabağ"ın sabiq üzvü Əfran İsmayılov Offsideplus.az-a açıqlamasında matçla bağlı gözləntilərini bölüşdü:

"Fransa və İspaniya turnirin favoritdir. Hər iki komanda gözləntiləri doğrultdu və bu gün biri finala vəsiqə qazanacaq. Lakin ispanlar fransızlara nisbətdə daha fəal və sürətli çıxış edirlər. Axşam baxımlı çıxış edən prineylilərin qarşısında sıxıcı oyun nümayiş etdirən Fransa olacaq. Onlar keyfiyyəsiz performansla və penaltilər nəticəsində bu mərhələyə qədər gəlib çıxa biliblər. Lakin hər ikisi böyük komandalar. Fransa sönük oyunla finala da vəsiqə qazana bilər. Amma düşünürəm ki, cütün favoriti İspaniyadır".

İsmayılov oyun boyu üstünlüyün İspaniyada olacağını dedi:

"Pirineylilər "1 nömrə"dən oynayacaqlar. Fransa da qarşısındakı rəqibin ciddiliyini dərk edir. Başa düşürlər belə sönük oyunla finala çıxa bilməyəcəklər".