Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli komandasını Avro-2024-ün 1/4 finalına adlaması münasibəti ilə təbrik edib.
Offsideplus.az xəbər verir ki, Türkiyə yığması bu gecə 1/8 finalda Avstriyanı mübarizədən kənarlaşdırıb (2:1) və növbəti mərhələyə yüksəlib.
R.T.Ərdoğan isə oyundan sonra sosial şəbəkə hesablarında paylaşım edib və bunları yazıb:
“Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn futbol komandamızı ürəkdən təbrik edirəm. Komandaya çempionluq yolunda uğurlar arzulayıram”.