Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına rəhbərlik edən Tyerri Henri Rob Peyclə müqaviləsinin dayandırılmasından sonra Uels yığmasının baş məşqçi postuna əsas namizəddir.

Offsideplus.az xəbər verir ki, müqavilə bağlanarsa, federasiya mütəxəssisin ekspert kimi televiziyada fəaliyyətini davam etdirməsinə icazə verəcək.