Bu gün Avropa çempionatında qrup mərhələsinin 2-ci turuna yekun vurulub.

Offsideplus.az xəbər verir ki, 9-cu oyun günündə 3 qarşılaşma baş tutub.

Günün ilk iki oyunu F qrupunda yer almış komandalar arasında keçirilib. Gürcüstan yığması Çexiya ilə heç-heçə edib, Türkiyə millisi isə Portuqaliyaya məğlub olub. 

Son oyunda isə E qrupunda qərarlaşmış Belçika və Rumıniya yığmaları qarşılaşıb: 2:0.

AÇ-2024
22 iyun

F qrupu

17:00. Gürcüstan – Çexiya 1:1
Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq. “Volksparkstadion”.

20:00. Türkiyə – Portuqaliya 0:3
Baş hakim: Feliks Svayer (Almaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.

E qrupu

23:00. Belçika – Rumıniya 2:0
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln. “Reyn Energi” stadionu.