"Qarşılaşmanın gedişində səbr etməli olduğumuz anlar yarandı. Belə olduqda daha da böyüyürsən".

Offsideplus.az xəbər verir ki. bu sözləri Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Avro-2024-ün 2-ci turunda Macarıstanla keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 2:0 hesabl qələbəni belə şərh edib:  "Bu, çox arzuedilməz bir rəqib idi.  Ancaq komandamız zamanla formalaşıb. Noyabrda keçirilsə idi, bu oyunda qalib gəlməzdik. Məqsədimiz bu cür stabil səviyyədə qalmaqdır. Rəqib bəzi vaxtlarda bizə narahatlıqlar yaradırdı. Qalib gəlmək istəyirdik və bunu bacardıq".