Bu gün Avropa çempionatında qrup mərhələsinin 2-ci turuna start verilib.

Offsideplus.az xəbər verir ki, 6-cı oyun günündə 3 qarşılaşma baş tutub.

Günün ilk oyunu B qrupu çərçivəsində Xorvatiya və Albaniya yığmaları arasında keçirilib və 2:2 hesablı heç-heçə qeydə alınıb. 

A qrupunda isə meydan sahibi Almaniya Macarıstanı 2:0 hesabı ilə məğlub edib. Beləliklə almanlar 1/8 finala yüksələn ilk komanda olub. 

Bu qrupun digər oyunu Şotlandiya və İsveçrə yığmaları arasında olub: 1:1.

AÇ-2024
19 iyun

B qrupu

17:00. Xorvatiya – Albaniya 2:2

A qrupu

20:00. Almaniya – Macarıstan 2:0

23:00. Şotlandiya – İsveçrə 1:1