Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Sloveniya ilə oyundan (1:1) sonra matç haqda danışıb.

Offsideplus.az xəbər verir ki, matçda danimarkalıların yeganə qoluna 32 yaşlı futbolçu özü imza atıb.

“Daha əvvəl AVRO-da heç vaxt qol vurmadığım üçün fərqləndikdən sonra çox sevindim. Ağlımda futboldan başqa heç nə yox idi. Komandaya kömək etməkdən məmnun idim. Bu dəfə hər şey son AVRO-dan tamamilə fərqlidir. Xoşbəxtlikdən, o vaxtdan bəri çoxlu matçlar keçdi. AVRO-da oynamaq həmişə xüsusi bir şeydir”, - UEFA-nın rəsmi saytı Eriksendən sitat gətirir.