İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Serbiya ilə oyunda (1:0) qələbə haqda danışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:

“Güclü rəqiblə qarşılaşdıq, əziyyət çəkməli olduq. Biz təzyiqə tab gətirə bildik, bu çox vacibdir. Oyun xoşuma gəldi, xüsusən də birinci hissədə - topa yaxşı nəzarət edirdik. İkinci hissədə hər şey lazım olduğu kimi getmədi, lakin qələbə hesabını saxlamağı bacardıq”.