21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, yığmamız Bolqarıstanla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Samir Əliyevin yetirmələri rəqibini Bakıda qəbul edəcək. Slovakiya ilə səfərdəki yoxlama matçında 2:3 hesabı ilə uduzan komandamız doğma divarlar arasında azarkeşlərini sevindirməyə çalışacaq.
Qeyd edək ki, yığmamız növbəti matçına sentyabrın 6-da çıxacaq. Millimiz AVRO-2025-in seçmə mərhələsində Lüksemburqun qonağı olacaq.
21 yaşadək futbolçular arasında yoldaşlıq oyunu
11 iyun
20:00. Azərbaycan – Bolqarıstan
Bakı. “Liv Bona Dea Arena”