19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, komandamız Moldovada təşkil edilən yoldaşlıq turnirində ikinci matçına çıxacaq.
Millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşacaq. Matç Bender şəhərinin “Dinamo” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.
Beynəlxalq turnir
II tur
7 iyun
18:00. Azərbaycan (U-19) – Türkiyə (U-20)
Bender. “Dinamo” stadionu