Azərbaycanın U-21 millisi bu gün növbəti yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Rəşad Eyyubovun yetirmələri Bəhreyn yığması ilə üz-üzə gəlib.

Görüş komandamızın üstünlüyü ilə keçib. Futbolçularımız rəqib qapısından 3 cavabsız top keçiriblər - 3:0.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını iyunun 9-da Qırğızıstan millisinə qarşı keçirəcək.