Qara Qarayev Azərbaycan U-21 yığmasında çalışacaq.

Offsideplus.az xəbər verir ki, o, analitik kimi fəaliyyət göstərəcək.

Ondan başqa Rəşad Hüseynov da təyinat alıb. O, baş məşqçi Rəşad Eyyubovun köməkçisi olacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Qara Qarayev son olaraq "Araz-Naxçıvan"da çıxış edib. O, karyerasının böyük hissəsini "Qarabağ"da keçirib. Təcrübəli futbolçu bu iki klubdan başqa "Neftçi"nin də formasını geyinib.