"Barselona"nın və İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta gələcəyi ilə bağlı səmimi açıqlamalar verib. 

Offsideplus.az xəbər verir ki, məlumatı "Marca" nəşri yayıb. Veteran oyunçu bunları söyləyib:

"Əslində futbolu buraxmaq fikrinə artıq öyrəşmişəm. İndi ailəmə və üzərində işlədiyimiz layihələrə daha çox vaxt ayırmaq imkanım var. Mən bu prosesi təbii addım kimi qəbul edirəm".

Qeyd edək ki, Andres Dubayda 3 aylıq məşqçilik kursu keçir.