"Əl-Nəsr"in sabiq baş məşqçisi Luis Kastro Kristiano Ronaldo haqda mətbuatda maraqlı açıqlama verib.

Offsideplus.az "Record"a istinadən xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Onun ən yaxşı olmaq əzmi var. Onu müntəzəm olaraq hər gün məşqdə görürsən. O, həmişə oynamaq, rekordlar qırmaq və ən gözəl qollar vurmaq arzusundadır".

Xatırladaq ki, Luis Kastro 2023-cü ilin iyul ayından 2024-cü ilin sentyabrına qədər "Əl- Nəsri çalışdırıb.