"Betis"in qapısına qol vuran "Barselona"nın gənc futbolçusu ertəsi özünə "sportkar" alıb.

Offsideplus.az xəbər verir ki, fevralın 7-də baş tutan qarşılaşmanın 87-ci dəqiqəsində Kataloniya təmsilçisinin qələbə topuna imzasını yazdıran Fransisko Trinkau bir gün sonra Barselonadakı "J.M.Automocion" avtosalonuna baş çəkib. Son model avtomobillərlə tanış olandan sonra "Lamborghini Huracan EVO" modelini seçib. 

Qara rəngli "ceyrana" nə az, nə çox, 250 min avro sayan (513 min manat) 21 yaşlı portuqaliyalı futbolçu salonun giriş qapısı önündə şəkil çəkdirməyə də imkan tapıb. 2020-ci ilin modeli olan avtomobil 640 at gücünə sahibdir ki, 3 saniyəyə 100 km. sürət yığır. Maksimum sürəti isə 325 km. saatdır. Bu maşından İspaniyada cəmi 9 ədəd satılıb.

Qeyd edək ki, "Barsa"nın ötən ilin yanvarında "Braqa"dan 31 milyon avroya aldığı Trinkau cari mövsümdə 17 oyuna çıxsa da, bu onun ilk qolu idi.

NINTCHDBPICT000635296973