"İnter" - "Milan" matçında Zlatan İbrahimoviçRomelu Lukaku arasında yaşanan gərginlik 90 dəqiqədə yaşananları kölgədə qoydu.

İki məşhurun, həmampluanın, vaxtilə eyni komandada çiyin-çiyinə top qovmuş futbolçuların kəllə-kəlləyə gəlməsi ciddi səs-küyə səbəb oldu. Bunu öncədən hazırlanmış plan kimi qələmə verənlər də oldu, "deyəsən əvvəlki vaxtlara qayıdırıq" kimi şərh bildirənlər də. 

Offsideplus.az xəbər verir ki, futbolçular arasındakı davaya MMA döyüş növünün titullu və ünlü idmançısı Həbib Nurmagomedov münasibət bildirib. Belə ki, "instagram"da "433" adlı səhifə izləyicilərinə "sizcə kim döyər: İbrahimoviç, yoxsa Lukaku" sualını ünvanlayıb. Admin tənbəllik etməyərək Həbibi də həmin paylaşıma işarələyib. Nurmagomedovun favorit qismində gördüyü isə Zlatan olub. 

Həbibin şərhinə 60 minə yaxınb "bəyənmə" gəlib. 

Est0 TiVEAMOM8e