"Mançester Siti"nin ulduzu komandadan ayrılmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Kevin De Bröyne karyerasını MLS-də bitirmək istəyir. Bu barədə "TeamTalk" məlumat yayıb.
MLS klublarından "San Dieqo" ilə görüşən 33 yaşlı oyunçu danışıqların ilk addımından sonra transferə müsbət yanaşdığı qeyd olunub. Amerikalıların da belçikalının keçidində israrlı olduğu bildirilir.