“Real”ın sabiq futbolçusu sərvətini itirib.

Offsideplus.az AS-a istinadla xəbər verir ki, Royston Drente müflis olub. Breda məhkəməsi dekabrın 1-də Drentenin bütün var-dövlətini itirdiyini açıqlayıb. 33 yaşlı futbolçu yerli mətbuata açıqlamasında, faktı təsdiqləyərək bu vəziyyətin onu narahat etmədiyini bildirib. Drente buna qədər 2017-ci ildə menecerlərinin maliyyə fırıldaqlarına görə külli miqdarda pul itirdiyini açıqlamışdı.

Qeyd edək ki, hazırda Hollandiyanın aşağı dəstəsində “Kozaken Boyz”da forma geyinən Drente, 2007-2012-ci illər aralığında “Real”da çıxış edib.