FIFA 2019-cu ilin simvolik komandasına namizəd 55 futbolçunu müəyyənləşdirib. 

Offsideplus.az qurumunun rəsmi saytına istinadən xəbər verir ki, namizədlər 21 fərqli ölkəni təmsil edir. Siyahıda 5 qapıçı, 20 müdafiəçi, 15 yarımmüdafiəçi və 15 hücumçu yer alıb.
Azarkeşlər səsvermə zamanı 1 qapıçı, 4 müdafiəçi, 3 yarımmüdafiəçi və 3 hücumçu seçə bilərlər. Simvolik "11-lik" sentyabrın 23-də təşkil ediləcək tədbirdə açıqlanacaq.
Qapıçılar: Alisson Bekker (Braziliya, "Liverpul"), David De Xea (İspaniya, "Mançester Yunayted"), Ederson (Braziliya, "Mançester Siti"), Yan Oblak (Sloveniya, "Atletiko"), Mark-Andre ter Stegen (Almaniya, "Barselona")
Müdafiəçilər: Jordi Alba (İspaniya, "Barselona"), Trent Aleksander-Arnold (İngiltərə, "Liverpul"), Dani Alveş (Braziliya, "PSJ" / "San-Paulo"), Joau Kanselu (Portuqaliya, "Yuventus" / "Mançester Siti"), Daniel Karvahal (İspaniya, "Real"), Corco Kyellini (İtaliya, "Yuventus"), Vircil van Deyk (Hollandiya, "Liverpul"), Dieqo Qodin (Uruqvay, "Atletiko" / "İnter"), Yozua Kimmix (Almaniya, "Bavariya"), Kalidu Kulibali (Seneqal, "Napoli"), Emerik Laport (Fransa, "Mançester Siti"), Matteys de Liqt (Hollandiya, "Ayaks" / "Yuventus"), Jerar Pike (İspaniya, "Barselona"), Serxio Ramos (İspaniya, "Real"), Endrü Robertson (Şotlandiya, "Liverpul"), Aleks Sandro (Braziliya, "Yuventus"), Tiaqo Silva (Braziliya, PSJ), Rafael Varan (Fransa, "Real"), Marselo (Braziliya, "Real"), Kayl Uoker (İngiltərə, "Mançester Siti")
Yarımmüdafiəçilər: Serxi Buskets (İspaniya, "Barselona"), Kasemiro (Braziliya, "Real"), Kevin De Brüyne (Belçika, "Mançester Siti"), Kristian Eriksen (Danimarka, "Tottenhem"), Frenki de Yonq (Hollandiya, "Ayaks" / "Barselona"), Eden Hazard (Belçika, "Çelsi" / "Real"), Nqolo Kante (Fransa, "Çelsi"), Toni Kroos (Almaniya, "Real"), Artur (Braziliya, "Barselona"), Luka Modriç (Xorvatiya, "Real") Pol Poqba (Fransa, "Mançester Yunayted"), İvan Rakitiç (Xorvatiya, "Barselona"), Bernard Silva (Portuqaliya, "Mançester Siti"), Duşan Tadiç (Serbiya, "Ayaks"), Arturo Vidal (Çili, "Barselona")
Hücumçular: Serxio Aquero (Argentina, "Mançester Siti"), Kərim Benzema (Fransa, "Real"), Roberto Firmino (Braziliya, "Liverpul"), Antuan Qrizmann (Fransa, "Atletiko" / "Barselona"), Harri Keyn (İngiltərə, "Tottenhem"), Robert Levandovski (Polşa, "Bavariya"), Sado Mane (Seneqal, "Liverpul"), Kilian Mbappe (Fransa, PSJ), Lionel Messi (Argentina, "Barselona"), Neymar (Braziliya, PSJ), Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus"), Məhəmməd Salah (Misir, "Liverpul"), Son Xın Min (Cənubi Koreya, "Tottenhem"), Rahim Sterlinq (İngiltərə, "Mançester Siti"), Luis Suares (Uruqvay, "Barselona")