"Mançester Siti"nin sabiq futbolçusu Serxio Aquero Klublararası Dünya Çempionatının yeni tərtibatından bəhs edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Argentinalı bunları söyləyib:
"Ən yaxşı komandaların bir yerdə bir-biri ilə yarışmasını izləmək çox şən olacaq. Eyni zamanda, digər bölgələrin komandaları da Avropa klubları ilə rəqabət aparmaq imkanı əldə edəcəklər".
Qeyd edək ki, FIFA Klub Dünya Kuboku gələn ilin yayında yenilənmiş tərtibat əsasında Amerika Birləşmiş Ştatlarında (ABŞ) baş tutacaq.