Türkiyə millisinin sabiq üzvü Emre Aşık həyat yoldaşı Yağmurdan boşanır.

Offsideplus.az xəbər verir ki, buna səbəb Yağmurun başqa bir şəxslə görüntülənməsi olub. İddialara görə, Aşık fotoları gördükdən sonra geriyə yol olmadığını və boşanacağını bildirib.  
Yağmur isə görüntüləndiyi şəxsin dostu olduğunu deyib.  Lakin Emre artıq məhkəməyə baş vurub.
Qeyd edək ki, Emre Aşık ötən il 6 illik həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Əvvəlcə qarşılıqlı razılıq əsasında boşanmağı qəbul etmiş Yağmur Aşık sonradan etiraz etmiş və 25 min lirə aliment tələb etmişdi. Bununla kifayətlənməyərək ərini FETÖ üzvü olmaqda suçlamışdı. 
Cütlük ötən ay sürpriz şəkildə boşanmaqdan imtina edərək, məhkəmə iddiasını geri götürmüş və evliliklərini davam etdirmək qərarı vermişdi. Hətta Yağmur Aşık həyat yoldaşına FETÖ-çü dediyi üçün peşman olduğunu bildirmişdi.
Onu da qeyd edək ki, Emre Aşık karyerası ərzində "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" klublarında çıxış edib.