"Fənərbağça" ulduz futbolçu üçün "Atletiko"nun "qapısı"nı döyməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərdlilər" Reinildo Mandava ilə yaxından maraqlanır. 

30 yaşlı oyunçunun komandası ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, futbolçu bu mövsüm 11 matçda meydana çıxıb və heç birində fərqlənməyi bacarmayıb.