"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Kristiano Ronaldo barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, rumıniyalı mütəxəssis bir müddət öncə görüşdüyü portuqaliyalı ulduzun karyerasını bitirməməsinin səbəbini açıqlayıb: 

"Onun əsl motivasiyası budur: Oğlu ilə rəsmi oyuna çıxmaq istəyir. Ona görə də davam edir. "Əl Nəsr"də bu, mümkün ola bilər. Bir ilin yarısında birlikdə oynaya bilərlər, məncə bu, mümkünsüz deyil".