Türkiyənin məşhur "Kim milyonçu olmaq istəyər?" verilişində futbolla bağlı verilən sual iştirakçını çətin duruma salıb.

Offsideplus.az xəbər verir ki, Kenan İmirzalıoğlunun apardığı proqramda gənc iştirakçı aşağıdakı sualı cavablandıra bilməyib və iki kömək haqqından da yararlanıb.

Hansı iki məşhur futbol takımı arasında oynanılacaq bir liqa matçını stadionda izləmək üçün getməli olduğunuz ölkə Şotlandiyadır?

A: Liverpool - Everton
B: Glasgow Rangers - Celtic
C: Bayer Leverkusen - Bayern Munich
D: Real Madrid - Barcelona
Doğru cavab: B

Bu sualın cavabını tapa bilməyən iştirakçı əvvəlcə izləyiciyə seçmə haqqını işlədib, daha sonra isə telefonla zəng etmə köməyindən yararlanıb.