Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo ilə sevgilisi Corcina Rodrigesin ayrılacağı barədə xəbərlər yayılıb.
Offsideplus.az xəbər verir ki, Ronaldonun anası Dolores Aveiro iddialarla bağlı açıqlama verib.
O, Madeyrada qatıldığı bir tədbirdə bununla bağlı suala belə cavab verib: “Hər cütlüyün münasibətində mübahisələr olur, amma bunların hamısı yalandır”.
Corcina Rodriges isə xəbərlər haqqında “Paxıl adamın biri çıxıb bir hekayə danışır, sonra yayılır və axmaqlar buna inanır”, - deyib.