"Barselona"nın kapitanı Jerar Pikenin adı yenidən qalmaqalda hallanıb.

 Offsideplus.az "Telemundo"ya istinadla xəbər verir ki, futbolçu bir müddət öncə dünya şöhrətli müğənni Şakiradan ayrıldıqdan sonra övladlarını görmək üçün getdiyi Mayamidə pop-ulduzun qardaşı Tonino ilə əlbəyaxa dava edib.

Pike Mayamidə Şakira ilə mübahisə etməyə başlayıb. Daha sonra məşhur müğənninin qardaşı Tonino araya girib. Toninonun müdaxiləsi ilə gərginlik artıb və tərəflər əlbəyaxa dava ediblər. Polis əməkdaşları Jerar Pike və Şakiranın qardaşını çətinliklə ayırıblar.

Xatırladaq ki, Şakira, Pike ona xəyanət etdiyi üçün ayrılıb.