"Qarabağ"ın 20 yaşlı hücumçu Musa Qurbanlını rəsmi olaraq Avstriya markası olan Red Bull şirkətinin qlobal atletləri sırasına daxil edib.

Offsideplus.az xəbər verir ki, razılaşmaya əsasən, gənc futbolçu bundan sonra Red Bull markasının ambassadoru və siması olacaq. 

"Qarabağ"ın hücumçusu növbəti oyunlarda Red Bull idmançısı kimi çıxış edəcək.

Qeyd edək ki, Red Bull markasının bütün dünyada 850-dən çox idmançısı var. Müxtəlif ölkələrdən olan idmançılar fərqli idman sahələrini təmsil edirlər. Böyük Britaniya, ABŞ, Belçika, İspaniya, Almaniya, Fransa, Türkiyə, Braziliya və digərləri bu ölkələr sırasındadı.

İdmançılar arasında dünyaca məşhur braziliyalı futbolçu Neymarın, Formula 1 pilotu, dünya çempionu Maks Verstappen və Serxio Peresin, dünyaca məşhur driftçi, adını Ginnesin Rekordlar Kitabına yazdırmış Abdo Feqalinin, Liverpul klubunun müdafiəçisi Tren Arnoldun, hündürlükdən paraşütlə tullanmaqla eyni anda 3 dünya rekordu qırmağı bacaran Avstriyalı Feliks Baumqartnerin və bir çoxlarının adını qeyd etmək olar.

Daha ətraflı: Musa Qurbanlı (redbull.com)