Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes Səudiyyə Ərəbistanının ədəb qanununu pozduğuna görə cərimələnəcək.

Offsideplus.az xəbər verir ki, buna futbolçunun sevgilisinin Səudiyyə Ərəbistanında olarkən geyindiyi çox açıq paltarlar səbəb olub. Belə ki, o, dekolteli və ayaqları görünən uzun yarığı olan paltar ilə ictimaiyyətə arasına çıxıb.

Qeyd edək ki, 2019-cu ildə Səudiyyə Ərəbistanında ictimai ədəb qaydalarına riayət edilməsi haqqında qanun qəbul edilib. İctimai yerlərdə qolları dirsəyə qədər, ayaqları isə topuğa qədər örtən bol paltar geyinmək tövsiyə olunur.