“Barselona” klubunun sabiq futbolçusu Jerar Pike “Renault Twingo” avtomobilinin sükanı arxasında görünüb.

Offsideplus.az xəbər verir ki, bu, onun keçmiş sevgilisi müğənni Şakiraya özünəməxsus cavabı olub.

Bundan əvvəl ifaçı son mahnısında “Sən “Ferrari”ni “Twingo”ya, “Rolex”i “Casio”ya dəyişdin” deyərək futbolçuya söz atmışdı.

Pike əvvəlcə “Casio”nun heyrətamiz saat olduğunu bəyan edib, daha sonra isə “Twingo”nun sükanı arxasına keçərək Şakiraya cavab verib.