Xəbər verdiyimiz kimi, Kriştiano Ronaldo dünən "Əl-Nəsr"in futbolçusu kimi ictimaiyyətə təqdim olunub.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı hücumçu ötən gün Səudiyyə Ərəbistanı təmsilçisinin azarkeşləri önündə ilk məşqinə çıxıb. 

TMC Sport-un yaydığı məlumata görə, futbolçunun sevgilisi Corcina Rodriqesə də xüsusi icazə verilib. Belə ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, kişi və qadın rəsmi nikahı olmadan birlikdə yaşaya bilməz. Lakin sözügedən ölkənin rəhbərliyi istisna hal olaraq Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqesə birlikdə yaşamağa icazə verib.

Qeyd edək ki, Ronaldo və "Əl-Nəsr" arasındakı sözləşmə 2 il müddətinə hesablanıb.