Qətərdə keçirilən dünya çempionatından sonra Fransa millisinin sabiq üzvü qalib Argentinanın qolkiperi Emiliano Martinesi təhqir etmişdi.

Offsideplus.az xəbər verir ki, qolkiperin xarakterində ciddi problemlər olduğunu bildirən Rami onun haqqında təhqiramiz ifadələr də işlətmişdi. 

Bunun ardınca fransalı futbolçuya cavab verən Cənubi Amerika təmsilçisinin təcrübəli oyunçusu Anxel di Mariya həmyerlisini müdafiə etmişdi. Bugünlərdə mübahisəyə Di Mariyanın xanımı Jorjelina Kardozo da qoşulub. O, Adil Raminin məşhur aktrisa Pamela Andersonla seks qalmaqalını xatırladaraq, futbolçunu ələ salıb. Kardozo onun ünvanına bu sözləri deyib:

"Anxel sənə necə ağlamağı, dünya çempionatının finalında necə qol vurmağı və bir qadınla necə mübarizə aparmaq lazım olduğunu öyrədə bilər. Sən bir qadınla mübarizə apara bilmirsən. Yeni ilin mübarək, dahi uşaq!".