"Barselona" klubunun müdafiəçisi Jerar Pikenin yeni sevgilisi Klara Şia davranışları ilə diqqət çəkib. 

Offsideplus.az xəbər verir ki, Klara Pike ilə tanış olandan sonra onun ətrafı ilə və dostlarının həyat yoldaşları ilə də ünsiyyət qurub.

“Ya es melodiya” portalının yazdığına görə, Şakira Pike ilə sevgili olduğu 12 il ərzində bunu bacara bilməmişdi. Şakira Pikenin ailəsi və onun ətrafı ilə ünsiyyətdən uzaq olub. Səbəb isə Şakiranın Pikenin dostlarını qəbul edə bilməməsi idi.

Qeyd edək ki, Şakiranın Pikedən ayrılmasına səbəb idmançının ona xəyanət etməsi göstərilir.