Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Qara Qarayev xeyirxah addım atıb.
Offsideplus.az xəbər verir ki, futbolçu, ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində əməliyyatı üçün pul yığılan Amir adlı körpəyə yardım edənlərin sırasına qoşulub.
30 yaşlı Qaranın bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən xoş qarşılanıb.