Bu gün veteran futbolçu Rafiq Mirzəyevin 70 yaşı tamam olur.
Offsideplus.az xəbər verir ki, o, mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqelərində çıxış edib.
1968-1969-cu illərdə - 16-17 yaşlarında SSRİ-nin yeniyetmələr yığmasının aparıcı oyunçusu olub.
Bakının “Neftçi” komandasına 1967-ci ildə cəlb olunan Rafiq Mirzəyev 1973-cü ilə kimi bu komandanın heyətində yer alıb.
Daha sonra Novorossiyskin “Sement”, Bakının “Avtomobilçi” və Gəncənin “Tərəqqi” komandalarının uğurları üçün çalışıb, 27 yaşında futbolçu karyerasını bitirib.
Sonra fəaliyyətini məşqçi kimi davam etdirib: AZAL, “Muğan”, “Standard” komandalarında, həmçinin Azərbaycanın U-17, U-19 və olimpiya yığmalarında çalışıb.
Rafiq Mirzəyevi yubileyi münasibətilə təbrik edir, ona can sağlığı arzulayırıq!