Şahmat yəğmamızın üzvü Teymur Rəcəbov evlənib.

 Offsideplus.az  xəbər verir ki, 34 yaşlı qrossmeyster Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakovla nikaha daxil olub. O, bu barədə məlumatı şəxsi "instaqram" hesabında “I Love You!” (Səni sevirəm) yazaraq paylaşıb.
 

Xatırladaq ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə həyatı qurub. Bir müddət öncə cütlük boşansa da, bu barədə mediayaya heç bir məlumat verilməyib. 

Qeyd edək ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

158612 1rdplgxhrj