Türkiyəli məşhur aktyor Can Yaman ilə sevgi yaşayan italiyalı idman aparıcısı Diletta Leotta arasında olan münasibətin bitdiyi haqqında xəbərlər gəzir.

Offsideplus.az "Akşam"a istinadən xəbər verir ki, türkiyəli aktyorun "İnstaqram" hesabını bağlamağı izləyiciləri çaş-baş qoyub. Digər yandan, sevgilisinin həkim dostu ilə birlikdə olması işi daha da gərginləşdirib.

Qeyd edək ki, Can Yaman ilə Diletta Leotta 4 aydır ki, birlikdədirlər.