Türkiyə yığmasının və "Lester" klubunun futbolçusu Çağlar Söyüncünün məşhur aktrisa Zəhra Yılmazla eşq yaşadığı barədə xəbərlər yayılıb.

 Offsideplus.az xəbər verir ki, Niderland və Norveç milliləri üzərində qələbədə böyük pay sahibi olan 24 yaşlı müdafiəçinin cazibədar aktrisa ilə münasibətdə olduğu bildirilir.

Yaxın dostları vasitəsi ilə Zəhra Yılmazla tanış olan futbolçu onu "instagram" hesabında izləməyə başlayıb. Aktrisa da Çağların bu "istəyinə" müsbət yanaşıb və ona qarşılıq verib.

6066ce9cae298ba1fbaade49