Yaxın günlərdə sevgilisi tərəfindən tərk edilən Dele Alli məşhur tanışlıq tətbiqetməsi "Raya"da sevgi axtarışındadır.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem"in futbolçusu model Rubi Mae ilə ayrıldıqdan sonra toparlanmağa çalışır. 24 yaşlı yarımmüdafiəçi məşhur şəxslərin istifadə etdiyi "Raya" platformasında özünə yeni sevgili axtarır. 

Qeyd edək ki, Rubi  aşırı video oyunlar oynaması səbəbindən Dele Alli ilə 5 illik münasibətlərinə son verib.

 

Screenshot 2021 03 22 203218