"Real"da zədələrdən başı açılmayan Eden Hazardın evi tam bir saraydır.
Offsideplus.az xəbər verir ki, "Çelsi"dən 100 milyon avroya "Real"a gələn belçikalı forvard ümidləri doğrulda bilmədi. Müzakirələrlə dolu karyeraya sahib olan Hazardın evi isə görənləri heyran edir. 17 dəfə "Gremmi" mükafatı qazanan ispaniyalı müğənni Alexandro Sansdan aldığı malikanənin 6 yataq otağı, 10 hamamı var. "Real"ın bir çox ulduzunun yaşamağı tərcih etdiyi La Finka bölgəsində yerləşən ev müasir şəkildə dizayn edilib. Ailəsi istəyərsə, sinema otağında kinoya da baxa bilər.
Hazardın çox danışılan evini sizlərə təqdim edirik: